1. Burun əməliyyatına hazırlaşdıqda nələri bilmək vacibdir?
Burada diqqət olunmalı iki məsələ var
1. Yeni burnun görünüşü necə olacaq? Nəzərinizə çatdırımki yeni alınacaq forması burunun əməliyyatdan əvvəlki formasından, dərinin qalınlığından, burnun travmaya məruz qalıb-qalmamasından, organizmin sağlamlıq vəziyyətindən və s. asılıdır. Bütün qeyd olunanlar əməliyyat öncəsi dəqiqləşdirilməlidir.
2. Bilməniz vacib olan daha bir məsələ isə yeni burnunuzun əməliyyatdan sonra nə dərəcədə sağlam qalmasıdır, bu isə çox ciddi məsələdir. Bu barədə daha ətraflı 3-cü sualda.
2. Siz burun əməliyyatı üçün necə namizədsiniz? Nəticə necə olacaq?
Rinoplastika əməliyyati zamanı dəyişiklik ancaq burunun qığırdaq və sümük hissələrində aparılır, burun dərisi isə olduğu kimi qalır və yeni buruna zamanla uyğunlaşir. Dərinin qalınlıği, elastikliyi və s. alınan son nəticəni müəyyən edən əsas amillərdən biridir.
1. Nazik dəri - Əgər burun çox böyük deyilsə, dərisi isə nazikdirsə - belə xəstələri adətən istədikləri nəticə gözləyir, əməliytatdan sonra burun qisa müddətə öz yeni formasini alir.
2. Orta qalın dəri; Belə xəstələri yaxşı, bəzən gözəl nəticə gözləyir, amma dərinin yeni formaya uyğunlaşması nazik dəri ilə müqayisədə uzun çəkəcək. (1 neçə aydan 1 ilə kimi).
3. Çox qalın dəri və travma almış burunlar; Əgər əməliyyatdan öncə burunun dərisi çox qalındırsa, böyükdürsə, belə burunlarda nəticə arzulandıği kimi alınmaya bilər. Travmanin ağırlıq dərəcəsindən asılı olaraq burun anatomiyasında müəyyən dəyişikliklər baş verir, buna görə çətin burun sayilir, həkimdən xüsusi təcrübə tələb edir. Travma almiş, müxtəlif əyilmələri olan burun müəyyən assimetriyaları özündə saxlaya bilər. (Skin memory).
Məsələn, burunun uc hissəsi keçirilmiş travma nəticəsində kəskin olaraq sağ və ya sol tərəfədirsə, əməliyyatdan sonra çox güman ki dəliklərdə fərq olacaq. Çox böyük, qalin dərili və travma almiş burunlar çətin kateqoriyaya aiddir. Əlbəttə, gözəl nəticə üçün xəstənin dərisindən əlavə yaşı, üz cizgiləri, orqanizmin öz xüsusiyyətləri və ən əsası - yüksək ixtisaslı həkim seçimi mütləqdir. Təcrübəli həkim son nəticəni əvvəlcədən görə bilir.
3. Niyə görə məhz Dr. Qorxmaz Əzimovun tətbiq etdiyi üsula üstünlük verməlisiniz?
Son illər rinoplastikanın bir devizi var - qoruyucu rinoplastika. Əməliyyat keçirənlərin qocalana kimi yaşadığı problemlərin bütün dünyada araşdırılması onu göstərir ki, burada vəziyyət hec də yaxşi deyil, belə ki dünyanin ən məşhur cərrahlari əməliyyat sonrası problemlərin təxminən 10% arasinda olduğunu qeyd edirlər. Bu xəstələrin təxminən 5%-i isə qocalana kimi qabırğa qıqırdaği tələb edən aqir təkrar burun əməliyyatina məruz qalir. Yəni burun əməliyyati keçirən 1000 xəstənin 50-si. Amma diqqətlə baxsaq görərik ki, qabırğa qıqırdaği tələb edən ağır təkrar əməliyyatlarin əsas səbəbi əməliyyat zamanı burunun bel hissəsinin kəsilməsidir.(paragraf) Burunun bel hissəsini kəsmədən buruna gözəl forma vermək - bu gün rinoplastikanın zirvəsi sayılır.
Dr. Qorxmaz Əzimov tərəfindən tətbiq olunan və ABŞ Plastik Cərrahlar Assosasiyasinin jurnalında dərc olunan metod öz qoruyucu xüsusiyyətlərinə görə lider sayilir. Burun anatomiyası əməliyyat zamanı nə qədər çox qorunarsa, o qədər az problem olar.
4. Açıq və qapalı rinoplastika nə deməkdir? Rinoplastikada mövcüd olan başqa üsullar.
Əməliyyatın zamanı buruna giriş açıq və ya qapalı yolla edilə bilər.
1. Qapalı girişdə - burun dəliklərinin içərisində kəsiklər aparilir.
2. Açıq üsulda da eyni iki kəsiklər həyata keçirilir, lakin əlavə olaraq ortada həmin kəsikləri birləşdirən əlavə bir görünən kəsik edilir.
Bu kəsik isə həkimə burun dərisini tamamilə qaldıraraq rahat işləməyə imkan verir. Bəs biz bu kiçik kəsiklə nə itiririk? Bu kəsik zamanı 2 sinir, 2 kiçik arteriya və burun ucunu dəstəkləyən bağ kəsilir. Nəticədə belə pasiyentlərdə əməliyyatdan sonra burunun uc hissəsində daha çox şişkinlik, hissiyyatin itməsi müşahidə olunur. Bəzi xəstələrdə kəsik yeri gözəl görünmür, əsasən "krynos" burunlarda. Qapalı və açıq texnika ilə eyni iş görülür, amma qapalıda daha narahat şəraitdə. Bu isə həkimdən əlavə bacarıq tələb edir. Bizim seçim əsasən qapalı rinoplastikadır. Bu gün eşitdiyiniz başqa bir üsul olan piezorinoplastika və ya ultrasonik rinoplastika isə üsul sayılmır. Çünki Piezo sadəcə sümükləri kəsmək üçün tətbiq olunan aparatlardan biridir və son nəticəyə heç bir təsiri yoxdur.
5. Burunun bel hissəsini əməliyyat zamani qorumaq niyə vacibdir. Dorsal preservation - nədir?
Rinoplastika əməliyyatının gedişini 2 mərhələyə bölmək olar;
1. Birinci olaraq burunun uc hissəsindəki qığırdaqlara forma verilir, bu zaman burunun ucu dikləşir, incəlir, burun qısalır və s.
2. İkinci mərhələdə isə bel hissəsinin hündürlüyü (qorb, hump) aşağı salınır. Bu isə ciddi şəkildə fərqlənən 2 ayrı üsulla həyata keçirilir.
Ənənəvi üsullar bel hissə kəsilməklə buruna gözəl yan görünüşü verilir, daha sonra enli qalmış burun sümükləri aşağı hissələrindən kəsilərək yaxınlaşdırılır, nəticədə burunun bel hissəsi incəlir
Amma çox təəssüf ki bel hissəsinin bu cür kəsilməsi burunun təşkil olunduğu sümük - qığırdaq "karkasi" əhəmiyyətli dərəcədə zəiflədir. Bu isə, burun əməliyyatlarından sonra baş verən problemlərin əsas səbəbidir, çünki kəsilmiş qığırdaqlar sümüklər kimi yenidən birləşmir.
Nəticə - Qiqirdaq karkasin zəifləməsi ilə meydana gələn burun klapanı ilə bağlı burun tənəffüsü problemləri (fisilti, xorultu), bel hissəsinin müxtəlif deformasiyaları, (çökmə, əyilmə və s.)
Rinoplastikanın çoxdan tətbiq edildiyi ölkələrdə (ABŞ kimi) rinoplastika əməliyyati keçirmiş insanların qocaldiqca qığırdaqlarinin zəifləməsi bu cür yaşlı insanları təkrar əməliyyata məcbur edir. Müalicəsi ancaq təkrar burun əməliyyatıdır.
Təəssüf ki bu, bəzi hallarda qabırğa qığırdağı tələb olunan ağır əməliyyatlar olur.
Ancaq əməliyyatı zamanı bel hissənin anatomiyası qorunursa - bu problemlər sizi narahat etməyəcək, çünki burun qığırdaqlari və sümükləri öz tamlığını saxlayır və əlbəttə ki, sağalma müddəti də çox qisa olur. Əməliyyat olunmuş xəstələrdə əməliyyat zamanı bel hissənin qorunub – qorunmadığını əl ilə toxunub yoxlamaq olur.
Toxunuş zamanı hissiyat, yumşaqlıq, hamarliq əməliyyat olunmamiş burundaki kimi olmalidir, hətta 1 aydan sonra.
Yəni "əməliyyatdan sonra 6 ay ərzində burnuna toxunmaq olmaz" ifadəsi bizim metoda şamil edilmir.. (elmi işin linki)
Hər il tək Azərbaycanda əməliyyat zamanı bel hissəsinin kəsilməsi ilə bağli yaranan fəsadlarla bağlı təxminən 1000 xəstəyə qabirğa qığırdağı götürməklə təkrar əməliyyatlar həyata keçirilir və bu rəqəm ildən-ilə daha da artır. Bu zaman burunun müəyyən problemləri həll olunur, ancaq yaşlandıqca yenə fəsadlar ola bilər. Bizim yeni üsulda isə (2018 ci ilin sonundan) belə problemlər olmur, çünkü yeni burunun anatomiyası, əməliyyat olunmamiş burundaki kimi qalir, yəni tam qorunur.