Dr. Gorkhmaz Azimov

Əzimov Qorxmaz Vahid oğlu  
Doğum tarixi 15.07.1974 , Azərbaycan, Qəbələ rayonu , Vəndam qəsəbəsi. 
İlk təhsilini Vəndam 1 nömrəli  orta məktəbində, daha sonra  Baki şəhəri 5 nömrəli  Kimya-Biologiya Təmayüllü Respublika Liseyi bitirib.
1991 ci ildə N.Nərimanov adina ATU ya qəbul  olub. 

Burun əməliyyati dr. Qorxmaz üçün  çox  yaxin bir sahədir, çünki özü şəxsən 3 dəfə burun əməliyyatı  keçirib. (İlk dəfə 1991 ildə yerli keyitmə altinda "çəkic, tampon", sonuncu dəfə isə 2016 ci ildə qabırğa  qiğirdaği ilə təkrar əməliyyat). Məhz buna görə, institutu bitirdikdən sonra Seçenov adına Moskva Dövlət Tibb Akademiyasinda  Lor həkim kimi ixtisaslaşmağa qərar verib, rinoplastika  və burun tənəffüsü problemlərinin həllini özü üçün hədəf seçib. 

Rinoplastika üzrə müxtəlif ölkələrində ən təcrübəli  həkimlərin təşkil etdiyi  ixtisaslaşma kurslari və konfranslarda iştirak edib.
Devizi   " formasi istəyə uyğun, təbii və sağlam bir burun"

Rinoplastika nədir?

Rinoplastika nədir - rinoplastika buruna xəstənin istəyinə görə cərrahi yolla forma verilməsidir. Bu zaman həm də burun tənəffüsü problemləri həll edilir.

Əməliyyat zamanı burun dərisi qaldırılır, burunun sümük və qığırdaqlarına yeni forma verilir. Qaldirilmiş dəri yeni formanin üzərinə buraxilir. Dərinin qalınlığı və elastikliyi yeni burunun formasını müəyyən edir.

Əməliyyat üçün namizədlər

Təcrübəli həkim, hər bir dərinin əməliyyatdan sonra özünü necə aparacığını əvvəlcədən bilir və bu halda siz problem yaşamırsınız, çünki əgər sizdə hər-hansı problem gözlənilirsə, əvvəlcədən məlumatlı olursunuz.
Seçim isə sizə qalir.

unikal metodika

Dorsal preservation nədir?

Rinoplastika əməliyyatının gedişini 2 mərhələyə bölmək olar;

  1. Birinci olaraq uc hissədəki qığırdaqlara forma verilir və bu zaman burunun ucu dikləşir, inçəlir və burun qisalir. Əməliyyatdan sonraki dövrlərdə bu hissədə təxminən 3% hallarda müxtəlif səbəblərdən əyrilik yarana bilər və bu zaman, kiçik müdaxiləyə ehtiyac yarana bilər (bütün üsullarda).
  2. İkinçi mərhələdə isə burunun bel hissəsi aşağı salınır. Bu 2 üsulla həyata keçirilir.

    Ənənəvi üsullarda (ş.1) bel hissə kəsilməklə buruna gözəl yan görünüşü verilir və sonra enli qalmiş burun sümükləri aşaği hissələrindən kəsilərək yaxinlaşdirilir, nəticədə burunun bel hissəsi incəlir.

    Bel hissəsinin bu cür kəsilməsi burun əməliyyatlarindan sonra baş verən ( >10%) ciddi problemlərin əsas səbəbidir. (çünki kəsilmiş qığırdaqlar biri ilə birləşmir).

    Bu problemlərə burun klapani ilə bağlı tənəffüs problemləri (fisilti, xorultu), bel hissəsinin müxtəlif deformasiyalari, ( çökmə, əyilmə və s.) daxildir.

    Müalicəsi ancaq təkrar burun əməliyyatıdir.
     Təəssüf ki bəzi hallarda bu, qabırğa qığırdağı tələb olunan ağır əməliyyat olur.
     Ancaq əməliyyat zamanı bel hissənin anatomiyası qorunarsa (ş.2) bu problemlər sizi narahat etməyəcək, çünki burunun anatomiyası olduğu kimi qalir və əlbəttə ki, sağalma müddəti çox az çəkəcək.

     Əməliyyat olunmuş xəstələrdə əməliyyat zamanı bel hissənin qorunub- qorunmadığını əl ilə toxunub yoxlamaq olur. Toxunuş zamanı hissiyat, yumşaqlıq, hamarliq əməliyyat olunmamış burundakı kimi olmalidir, hətta 1 ay sonra.

Konsultasiyaya yazılın