Rinoplastika nədir - rinoplastika buruna xəstənin istəyinə görə cərrahi yolla forma verilməsidir. Bu zaman həm də burun tənəffüsü problemləri həll edilir.
Əməliyyat zamanı burun dərisi qaldırılır, burunun sümük və qığırdaqlarına yeni forma verilir. Qaldirilmiş dəri yeni formanin üzərinə buraxilir. Dərinin qalınlığı və elastikliyi yeni burunun formasını müəyyən edir.
Əməliyyat üçün namizədlər
Təcrübəli həkim, hər bir dərinin əməliyyatdan sonra özünü necə aparacığını əvvəlcədən bilir və bu halda siz problem yaşamırsınız, çünki əgər sizdə hər-hansı problem gözlənilirsə, əvvəlcədən məlumatlı olursunuz.
Seçim isə sizə qalir.
unikal metodika
Rinoplastika əməliyyatının gedişini 2 mərhələyə bölmək olar;
İkinçi mərhələdə isə burunun bel hissəsi aşağı salınır. Bu 2 üsulla həyata keçirilir.
Ənənəvi üsullarda
bel hissə kəsilməklə buruna gözəl yan görünüşü verilir və sonra enli qalmiş burun sümükləri aşaği hissələrindən kəsilərək yaxinlaşdirilir, nəticədə burunun bel hissəsi incəlir.Bel hissəsinin bu cür kəsilməsi burun əməliyyatlarindan sonra baş verən ( >10%) ciddi problemlərin əsas səbəbidir. (çünki kəsilmiş qığırdaqlar biri ilə birləşmir).
Bu problemlərə burun klapani ilə bağlı tənəffüs problemləri (fisilti, xorultu), bel hissəsinin müxtəlif deformasiyalari, ( çökmə, əyilmə və s.) daxildir.
Müalicəsi ancaq təkrar burun əməliyyatıdir.
Təəssüf ki bəzi hallarda bu, qabırğa qığırdağı tələb olunan ağır əməliyyat olur.
Ancaq əməliyyat zamanı bel hissənin anatomiyası qorunarsa bu problemlər sizi narahat etməyəcək, çünki burunun anatomiyası olduğu kimi qalir və əlbəttə ki, sağalma müddəti çox az çəkəcək.
Əməliyyat olunmuş xəstələrdə əməliyyat zamanı bel hissənin qorunub- qorunmadığını əl ilə toxunub yoxlamaq olur. Toxunuş zamanı hissiyat, yumşaqlıq, hamarliq əməliyyat olunmamış burundakı kimi olmalidir, hətta 1 ay sonra.
© 2024 Dr. Gorkhmaz Azimov